Məxfilik Siyasəti
Son yenilənmə: 2026-10-29
«Social» (bundan sonra — «Platforma») bizneslərə iki xidmət göstərir: (a) müştəri mesajlarına avtomatik cavab verən söhbət botu, (b) sosial media hesablarının performans analitikası. Bu sənəd Platformanın hansı datanı, hansı rolda və nə qədər müddətə emal etdiyini izah edir.
İki fərqli rol
Nəzarətçi olduğumuz data: Platformaya qeydiyyatdan keçən biznesin (kirayəçinin) hesab məlumatları — e-poçt, təşkilat adı, giriş qeydləri, istifadə statistikası və hesablaşma qeydləri.
Prosessor olduğumuz data: kirayəçinin öz müştərilərinin datası — söhbət mətnləri, ad, telefon nömrəsi, rezervasiya/sifariş sorğuları. Bu datanın nəzarətçisi kirayəçidir; biz onu yalnız kirayəçiyə xidmət göstərmək üçün, onun göstərişi ilə emal edirik. Bu datanı satmırıq, reklam üçün istifadə etmirik və model təliminə vermirik.
Bot modulu — hansı data toplanır
Söhbət səhifəsində və ya qoşulmuş mesajlaşma kanallarında yazan şəxs barədə: yazışma mətni, mesaj vaxtı, kanal növü və kanaldakı identifikator (məsələn, Telegram söhbət nömrəsi və ya brauzer sessiyası üçün təsadüfi yaradılmış nömrə), habelə söhbət zamanı könüllü bildirilən ad və telefon nömrəsi.
Söhbətin davam etməsi üçün brauzerinizə funksional kuki qoyulur (ad: social_visitor, müddət: 1 il). O, yalnız təsadüfi nömrə saxlayır — ad, telefon və ya izləmə məlumatı daşımır — və yalnız söhbət səhifəsinə göndərilir. Məqsədi: brauzer yaddaşı təmizlənəndə əvvəlki yazışmanızın itməməsi. Reklam və ya saytlararası izləmə üçün istifadə olunmur.
Sui-istifadəyə qarşı sorğu sayı qeydə alınır. IP ünvanı xam saxlanılmır — yalnız duzlanmış (salted) heş formasında, hədd hesablaması üçün istifadə olunur və 3 gündən sonra avtomatik silinir. IP ünvanı və brauzer «barmaq izi» şəxsiyyəti müəyyən etmək üçün işlədilmir.
Səsli söhbət. Biznes vizit kartında «Səsli söhbət» imkanını aktiv edibsə, ziyarətçi brauzerdən süni intellekt köməkçisi ilə səslə danışa bilər. Zəng yalnız siz «Zəng et» düyməsinə basdıqdan sonra başlayır, mikrofon yalnız zəng boyu istifadə olunur və zəngin əvvəlində köməkçinin süni intellekt olduğu bildirilir. Səs yazısı saxlanılmır. Saxlanılan data: söhbətin mətn transkripti, zəngin müddəti və zəng zamanı bildirdiyiniz ad, telefon, sifariş və ya rezervasiya sorğusu — bunlar yazılı söhbətdəki data ilə eyni qaydada biznesə (nəzarətçiyə) göstərilir.
Süni intellekt (LLM) istifadəsi
Cavabları hazırlamaq üçün söhbətin mətni və biznesin bilik bazası üçüncü tərəf model provayderinə (hazırda OpenRouter vasitəsilə) göndərilir. Provayder datanı yalnız cavabın hazırlanması üçün emal edir. Söhbətə şəxsiyyət vəsiqəsi nömrəsi, kart məlumatı, parol və ya sağlamlıq detalı yazmamağınızı tövsiyə edirik — bot belə məlumatları istəmir.
Səsli söhbət zamanı səsiniz real vaxtda cavabın hazırlanması üçün üçüncü tərəf səs-modeli provayderinə (hazırda OpenAI) ötürülür; bu zaman brauzeriniz provayderlə birbaşa əlaqə qurur və səs bizim serverdən keçmir. Provayderin öz məxfilik və saxlama şərtləri tətbiq olunur. Səsli söhbətdə də şəxsiyyət vəsiqəsi nömrəsi, kart məlumatı, parol və ya sağlamlıq detalı söyləməməyinizi tövsiyə edirik.
Analitika modulu
Kirayəçinin özünün qoşduğu sosial media hesabları üzrə aqreqat performans göstəriciləri: əhatə, göstərilmə, qarşılıqlı əlaqə, izləyici sayı və oxşar hesab/paylaşım səviyyəli metriklər. İzləyicilərin siyahısı və ya fərdi profilləri toplanmır — bu, texniki olaraq da mümkün deyil, rəsmi API-lər belə giriş vermir.
Girişin təhlükəsizliyi
Sosial şəbəkə və mesajlaşma tokenləri məlumat bazasında şifrələnmiş saxlanılır (Supabase Vault). Hər kirayəçinin datası baza səviyyəsində izolyasiya olunur (row-level security); bir kirayəçi digərinin datasını görə bilmir.
Saxlanma müddəti
Söhbətlər və kontaktlar kirayəçi hesabı aktiv olduğu müddətdə saxlanılır. Analitika metrikləri tarixi trend üçün müddətsiz saxlanılır (platformalar özləri tarixi data vermir). Kirayəçi hesabı silinəndə ona aid bütün söhbət, kontakt və token datası silinir.
Datanın silinməsi
Bir söhbətin və ya kontaktın silinməsini istəyirsinizsə: əvvəlcə yazışdığınız biznesə müraciət edin — həmin datanın nəzarətçisi odur. Birbaşa bizə də yaza bilərsiniz, sorğunu aidiyyəti kirayəçiyə yönləndirəcəyik.
Meta hesab sahibləri Business Settings interfeysindən tətbiqin girişini ləğv edərək data silmə sorğusu göndərə bilər — bu, avtomatik olaraq /api/meta/data-deletion endpoint-ini tetikləyir və əlaqəli qoşulma datası dərhal silinir.
Uşaqlar
Platforma 16 yaşdan kiçik şəxslər üçün nəzərdə tutulmayıb.
Dəyişikliklər
Bu sənəd dəyişdirilə bilər; yuxarıdakı «son yenilənmə» tarixi cari versiyanı göstərir.
Əlaqə
Suallar və data sorğuları üçün: mazandarov@gmail.com