salon · kafe · klinika · mağaza
Müştəri gözləmir.
Söhbət linkinizə və ya Telegram-a yazan adam cavabı saniyələr içində alır — sizin öz qiymətlərinizlə, gecə saat ikidə də.
Nümunə Salon
İndi açıqdır · bağlanır 19:00
Nə edir
Siyahınıza yazdığınız qiyməti, müddəti və şərti deyir. Siyahını dəyişdiyiniz an növbəti müştəri yeni qiyməti eşidir.
Müştərinin nə istədiyini, nə vaxta istədiyini və nömrəsini yığıb sizə ötürür. Boş vaxtı özü təsdiqləmir — təsdiq sizindir.
Açıq olub-olmadığınızı real cədvəlinizdən hesablayır. Cədvəl yoxdursa «bağlıyıq» demir — soruşur.
Şikayət gələndə və ya cavabı bilmədikdə söhbəti sizə ötürür və Telegram-ınıza bildiriş göndərir.
Uydurmur.
Bu botda ən vacib şey nə dediyi yox, nə DEMƏDİYİdir. Qiyməti, müddəti və şərtləri yalnız sizin yazdığınızdan götürür. Siyahıda yoxdursa cavab uydurmur — «dəqiqləşdirib bildirəcəyik» deyir və sizə ötürür.
Səhv qiymət kiçik xəta deyil — müştəri ilə birbaşa münaqişədir.
Kanallar
Nə işlədiyini olduğu kimi yazırıq — sonra izah etməkdənsə.
- Söhbət linkiÖz ünvanınız. Bio-ya, QR-a, statusa qoyulur — sayt lazım deyil.
- TelegramÖz botunuz. Qoşulması bir neçə dəqiqədir.
- WhatsAppMeta təsdiqi gözlənilir.
- Instagram DMMeta təsdiqi gözlənilir.
- TikTokTikTok üçüncü tərəflərə mesaj API-si vermir. Yalnız analitika mümkündür.
Necə başlayır
Hesab açırsınız
Qeydiyyat bir dəqiqədir. Sonra xidmət və qiymətlərinizi paneldə yazırsınız — CSV faylı da yükləyə bilərsiniz.
Linkinizi alırsınız
Biznesinizin öz söhbət ünvanı avtomatik yaranır. Instagram bio-suna, masadakı QR-a, WhatsApp statusuna qoyursunuz.
Söhbətlər sizə gəlir
Bot çoxunu özü bağlayır. Sizə lazım olan an Telegram-ınıza bildiriş düşür — panelə baxıb oturmursunuz.
Öz biznesinizlə sınayın.
Hesab açın, xidmətlərinizi yazın və linkinizi götürün. Özünüz qurmaq istəmirsinizsə — yazın, mən quraşdırım.